Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişilərdə keçəlləşməyə səbəb nədir?

Kişilərdə keçəlləşməyə səbəb nədir?

Tarix: 30 Aprel 2022 15:45

Kişilərdə saç tökülməsi qadınlara nisbətən daha sürətlə baş verir. Saçlar insan orqanizmində vacib rol oynamasa da, görkəminə təsir edir. Bəzən isə saçlar tökülür, keçəlləşməyə səbəb olur. Saçlar niyə tökülür?

Sonxeber.net Axşam.az-a istinadən keçəlliyə səbəb olan amilləri təqdim edir.

Almaniyanın Bonn Universitetinin alimləri kişilərin keçəlləşmə probleminə qarşı araşdırma aparıblar. Həkimlər dazlaşma problemi olan kişilərdən qan analizi götürüb, gen qruplarını müəyyən ediblər. İlkin səbəb androgen reseptorlarında, yəni X-xromosom qrupunda aşkarlanıb. Müəyyən olunub ki, başda androgen reseptoru nə qədər çox olarsa, saçların tökülmək təhlükəsi bir o qədər də çox olar.

Qeyd edək ki, 70-72% kişilərin keçəlləşməsinə səbəb anadan övladına, yəni ananın atasından nəvəsinə ötürülən gendir.


Etiketlər:  Kişilərdə keçəlləşməyə səbəb nədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ