Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real Madrid” Ronaldunu yenidən kluba qaytarmaq istəyir

“Real Madrid” Ronaldunu yenidən kluba qaytarmaq istəyir

Tarix: 1 May 2022 14:08

İngiltərənin "Mançester Yunayted" komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu "Real Madrid"ə qayıda bilər.

Milli.Az bu barədə "Report"a istinadən xəbər verir ki.

Nəşrin məlumatına görə, "kral" klubu Ronaldunun transferində maraqlıdır. Bir gün əvvəl mediada Kriştianonun Madridə mümkün qayıdışı ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, Ronaldu 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib.

O, bu mövsüm "Mançester Yunayted"in heyətində 28 oyuna çıxıb və 3 qol vurub.

Ralf Ranqnikin yetirmələri 35 turdan sonra 55 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində altıncı yerdə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Real Madrid Ronaldunu yenidən kluba qaytarmaq istəyir


RƏYLƏR