Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2022 09:52
Finlandiya hakimiyyəti Rusiya ilə sərhədin bəzi hissələrinə hasar çəkmək qərarına gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, iki ölkə arasında sərhədin uzunluğu 1,3 min kilometrdən artıqdır. Hazırda orada yalnız tikanlı məftil çəkilib. Sərhədçilərin sözlərinə görə, belə hasar ev heyvanlarının sərhədi keçməsinə mane olur.
Riskli ərazilərdə yeni hasarların çəkilməsi nəzərdə tutulur.
Finlandiyanın daxili işlər naziri Krista Mikkonen bildirib ki, bu cür maneələrin inşası ölkənin təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyat tədbirlərinin bir hissəsidir.