Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 22:16
Sumqayıtda eyniadlı komanda ilə "Neftçi" arasında keçirilən Azərbaycan Premyer Liqasının XXV tur matçında insident baş verib.
Sonxeber.net "report"-a istinadən bildirir ki, ikinci hissənin ortalarında "gənclik şəhəri" təmsilçisinin azarkeşlərindən biri AFFA nümayəndəsi Babək Quliyevə yaxınlaşaraq, baş hakim Kamal Umudlu ilə bağlı sərt etiraz edib. Ona tribunadakı digər yerli azarkeşlər də dəstək verib.
Bu zaman 'Neftçi"nin qocaman tərəfdarlarından biri "Sumqayıt" fanatları ilə mübahisəyə girib.
İnsidentin böyüməsinə polislər imkan verməyiblər.