Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da COVID-19-dan ölənlərin sayı 1 milyonu keçib

ABŞ-da COVID-19-dan ölənlərin sayı  1 milyonu keçib

Tarix: 5 May 2022 07:56

Bütün pandemiya dövründə ABŞ-da COVID-19 infeksiyasının nəticələrindən ölənlərin sayı 1 milyonu ötüb.

Bu barədə "NBC News" televiziya kanalı xəbər verib.

"Məsələn, ABŞ-ın onuncu ən böyük şəhəri olan Kaliforniya ştatının San Xose əhalisinə bərabər olan bu rəqəm heyrətamiz sürətlə - ölkədə virusun ilk halının təsdiqlənməsindən 27 ay sonra əldə edilib," - deyə telekanal qeyd edib.

Məlumata əsasən, son həftələr vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişməyə başlayıb:

"Bununla belə, hər gün təxminən 360 nəfər ölür".

Qeyd edilib ki, ABŞ koronavirusdan ölənlərin sayına görə "əhəmiyyətli fərqlə" digər ölkələri qabaqlayır, ikinci yerdə 660 mindən bir qədər çox ölən olan Braziliyadır.

Milli.Az


Etiketlər:  ABŞ da COVID 19 dan ölənlərin sayı 1 milyonu keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ