Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2022 08:36
Belarus Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyəcək.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Associated Press" agentliyinə müsahibəsində deyib.
"Biz Ukraynada Rusiya Silahlı Qüvvələrində təmsil olunmaq fikrində deyilik. Çünki buna ehtiyac yoxdur", - Lukaşenko bildirib.
Belarus lideri vurğulayıb ki, Rusiya bu vəziyyətdə onların təklif edə biləcəyi hər şeyə malikdir:
"Ona görə də bu əməliyyatda iştirak etməyə ehtiyac yoxdur", - Lukaşenko əlavə edib.
Onun sözlərinə görə, Belarus üçün çox yaxın olan iki qonşu ölkənin müharibə şəraitində olması pisdir.