Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2022 13:12
Cəlilabadın Üçtəpə kənd 2 nömrəli orta məktəbinin binası bərbad vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, məktəbin tavan və divarlarında iri çatlar əmələ gəlib, pəncərələri isə qırıqdır.
Məktəbin partaları isə nə oturmağa, nə yazı yazmağa yarayır. Zəngi isə dəmir parçası əvəz edir.
Şagirdlər illərdir ki, bu vəziyyətdə təhsil almağa çalışırlar.
Məktəbin direktoru Amalya Abbasova bildirib ki, sözügedən bina əvvələr ticarət obyekti kimi fəaliyyət göstərib. 1995-ci ildən isə burada 2 saylı məktəb fəaliyyətə başlayıb. O gündən bəri təhsil ocağında təmir işləri aparılmayıb. Amma direktor problemin tezliklə həll ediləcəyini bildirib.
Qeyd edək ki, Üçtəpə kəndində iki məktəb fəaliyyət göstərir. Sözügedən məktəbdə 300-ə yaxın şagird təhsil alır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: