Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2022 17:25
"Səni axtarıram" proqramında aktyor Elvin Ağayevin müalicəsi üçün 47 min manatdan çox pul yığılıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, lazım olan məbləğ toplansa da, onun üçün donor olacaq şəxs yoxdur.
"Azərbaycanda bir qohum istəsə könüllü şəkildə ola bilər. Kənar şəxslər isə qanunla mümkün deyil. Donor tapılarsa, bu, xarici ölkədə olacaq. Bu zaman isə 45 min yox, daha yüksək məbləğ olacaq" deyə, verilişin aparıcısı Xoşqədəm Hidayətqızı söyləyib.
Qaraciyər sirrozundan əziyyət çəkən aktyora təcili qaraciyər köçürülməlidir.