Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Təmirsiz mənzillərin satışı qadağan edilməlidir'' - VİDEO

''Təmirsiz mənzillərin satışı qadağan edilməlidir'' - VİDEO

Tarix: 7 May 2022 14:02

Təmir edilməmiş mənzillərin satışı qadağan edilməlidir. Çünki mənzillərin təmir edilməmiş satılması binadakı sakinlərə və memarlıq qaydalarına ciddi problemlər yaradır.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu təkliflə millət vəkili Razi Nurullayev çıxış edib.

Onun sözlərinə görə, qadağa tətbiq edilməsə, yeni tikilən binalardakı problemləri həll etmək mümkün olmayacaq.

Millət vəkilinin fikrincə, yeni inşa edilən binalarda təmirsiz mənzillərin satışı hər kəsin fərdi kombi sistemi quraşdırmasına səbəb olur. Bu isə kommunal xərclərin dəfələrlə artmasına və qaz sərfiyyatının çoxalmasına gətirib çıxarır.

Millət vəkilinin təklifinin tətbiqi imkanları ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, belə bir təcrübənin reallıqda tam icrası mümkün olmasa da, tikinti şirkətləri qarşısında satılan mənzillərin ilkin təmiri məcburiyyəti qoyula bilər.

Ramil Osmanlı onu da deyib ki, təmirsiz mənzilləri alarkən vətəndaşlar onun çıxarışının olmasına da diqqət etməlidirlər. Çıxarışı olmayan mənzillərlə bağlı aparılan maliyyə əməliyyatlarının tam qanuni qüvvəsi olmur. Bu isə belə mənzillərin satışı zamanı vətəndaşların dələduzların qurbanına çevrilmək ehtimalını artırır.


Etiketlər:  Təmirsiz mənzillərin satışı qadağan edilməlidir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ