Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni deputatın oğlu cinayətə görə axtarışa verildi

Erməni deputatın oğlu cinayətə görə axtarışa verildi

Tarix: 8 May 2022 14:52

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan barəsində axtarış elan edilib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, xəbər verir ki, bu barədə Shamshyan.com kriminal xəbər saytı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Vayots Dzorda yerləşən "Tamsar" yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə soxularaq onu döyməyə başlayıblar. Hücum edənlərdən biri, 27 yaşlı Baqratyan direktoru metal dəyənəklə vurub. Faktla bağlı cinayət işi başlanıb.

Məhkəmə onun həbsi ilə bağlı qərar çıxarsa da, Baqratyanın azadlıqda olduğu üzə çıxıb.


Etiketlər:  Erməni deputatın oğlu cinayətə görə axtarışa verildi


RƏYLƏR