Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna Belqoroda doğru hərəkət edir, ruslar acizdir

Ukrayna Belqoroda doğru hərəkət edir,  ruslar acizdir

Tarix: 8 May 2022 17:08

Ukrayna ordusunun əks-hücumları Xarkovdan şimal-şərqdə daha da genişlənib və yaxın günlərdə Rusiya ilə sərhədə doğru irəliləyəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun mayın 7-nə olan hesabatında bildirilib.

Qeyd olunub ki, Ukrayna ordusu rusların hücumlarını Barvenkoda (İzyumdan cənub-qərbdə) dəf edir, ruslar isə görünür, Slavyansk istiqamətinə hücum cəhdlərindən imtina ediblər.

"Ukraynanın əks-hücumu rusları Xarkovu artilleriya məsafəsi zonasından çıxrmaq və Belqorod istiqamətində Rusiya sərhədinə çıxmaqdır. Hazırkı irəliləyiş tempini nəzərə alsaq, ruslar əlavə qüvvələrlə belə Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə sərhədə çatmasının qarşısını ala bilməyəcəklər", - məlumatda qeyd olunub.

Milli.Az


Etiketlər:  Ukrayna Belqoroda doğru hərəkət edir ruslar acizdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ