Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2022 21:00
Qəbələdə eyniadlı komanda ilə "Neftçi" arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVI tur matçında insident baş verib.
Sonxeber.net "report"-a istinadən bildirir ki, buna qonaq komandanın müdafiəçisi Mamadu Mbocun meydan sahiblərinin hücumçusu Fernan Lopesə qarşı sərt oynaması səbəb olub.
Epizoda görə etirazını bildirən ispaniyalı oyunçu rəqiblə mübahisə edib. Onların əlbəyaxa olmasına digər futbolçular imkan verməyiblər.
Qeyd edək ki, hazırda görüşdə fasilədir və hesab açılmayıb.