Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qrupdakı ilk oyunumuz çox önəmlidir" - "Sevilya"nın futbolçusu

Tarix: 16 Sentyabr 2019 11:52

"Alaves" üzərində qələbə bizə motivasiya verdi.Uğurlu çıxışımızı davam etdirmək üçün həftə ərzində məşqlərdə eyni şəkildə hazırlaşmalıyıq."

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Sevilya"nın futbolçusu Oliver Torres La Liqanın 4-cü turunda "Alaves" üzərində 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

25 yaşlı müdafiəçi Avroliqanın qrup mərhələsinin ilk turunda qarşılaşacaqları "Qarabağ"la oyun haqda da danışıb:  "La Liqada liderlik bizi bir qədər həyəcanlandırır. İndi Avropa Liqası haqda düşünmək lazımdır. Qrupdakı ilk oyun çox önəmlidir".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ"-"Sevilya" görüşü sentyabr 19-u saat 20:55-də başlayacaq.

 


Etiketlər:  Qrupdakı ilk oyunumuz çox önəmlidir Sevilyanın futbolçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ