Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yasamalda gənci avtomobil vurub

Yasamalda gənci avtomobil  vurub

Tarix: 10 May 2022 08:28

Bakıda daha bir piyada yol qəzasında xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

2003-cü il təvəllüdlü Əliyeva Ayan Arif qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ pəncənin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Yasamalda gənci avtomobil vurub


RƏYLƏR