Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsanın çəkisinə görə sutkalıq C vitamini dozası - Alimlər hesabladı

İnsanın çəkisinə görə sutkalıq C vitamini dozası - Alimlər hesabladı

Tarix: 10 May 2022 23:06

C vitamini immunitetin bir nömrəli vitaminidir. O bütün orqan, sistemlər üçün vacibdir.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, alimlər böyük insanın çəkisinə görə sutkalıq C vitamini dozasını hesablayıb.
Belə ki, sağlamlığı qorumaq üçün hər 10 kq çəkiyə 20 mq C vitamini lazımdır.

Bu nəticəni ABŞ Otaqo və Kopenhagen Universitetlərinin alimləri hesablayıb.

Onlar bildirir ki, artıq çəkili insanlarda qanda C vitamini kəskin az olur.

Ona görə də çəki normadan çoxdursa, hər 10 kq üçün əlavə 10 miliqram C vitamini tələb olunur.

Belə ki, çəkisi 60-70 kq olan insan üçün orta olaraq gündə 100 milliqram C vitamini kifayətdir.

90 kiloqram çəkidə insan immunitetini işlək tutmaq üçün hər gün 180-200 miliqram vitamin C dozası qəbul etməlidir.
Bu qədər vitamini balanslaşdırılmış dieta, qidalarla almaq çətin olarsa,əlavə C vitamini içilməlidir.

Hər bir ədəd almada, limonda, kividə 50-60 mq C vitamini var. Əgər çəkiniz 70 kiloqramdırsa, gündə 2 ədəd kivi, 2 alma, 1 limon qəbul etməklə bu vitamin ehtiyacını ödəyə bilərsiz.

Ən çox vitamin C olan qidalar itburnu və bolqar bibəridir.

Hər gün bir fincan təmiz itburnu dəmləməsi içmək də yetərlidir.


Etiketlər:  İnsanın çəkisinə görə sutkalıq vitamini dozası Alimlər hesabladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ