Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konsert zamanı doğdu - FOTO

Konsert zamanı doğdu - FOTO

Tarix: 11 May 2022 10:10

"Metallica" qrupunun Braziliyada konserti zamanı onun pərəstişkarlarından biri uşaq dünyaya gətirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hamiləliyin 39-cu həftəsində olan qadının sancıları mayın 7-də, qrup Kuritiba şəhərində çıxış edərkən başlayıb.

Uşaq "Enter Sandman" hitinin sədaları altında dünyaya gəlib. Körpəyə Luan adı verilib.

Qadın yenidoğulmuş oğlunun şəklini "Instagram"da paylaşıb və etiraf edib ki, konsertin bitəcəyinə üç mahnı qalmış ana olacağını gözləmirmiş.

Hadisədən xəbər tutan "Metallica" "Instagram" hesabının "hekayə" bölməsinə pərəstişkarının paylaşımını yerləşdirib.

Milli.Az


Etiketlər:  Konsert zamanı doğdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ