Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2022 14:54
Bu yay Türkiyə kurortlarında Rusiya vətəndaşlarının sayı dəfələrlə az olacaq. Bu vəziyyət uçuşlar və kredit kartları ilə bağlı problemlər səbəbindən yaranıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Döyç Velle" nəşri məlumat yayıb.
Qeyd edilir ki, bu mövsüm Rusiyadan Türkiyəyə 1,7 milyona qədər turist uça bilər ki, bu da ötən ildəki rusiyalıların sayının üçdə birini təşkil edir. Hələlik iyul və avqust ayları üçün demək olar ki, sifariş yoxdur. Bundan əlavə, uçuşlar və kredit kartları ilə bağlı problemlər vəziyyəti mürəkkəbləşdirir.
"Əvvəllər ruslar Antalyaya çarter reysləri ilə uçurdular, amma bu, artıq mümkün deyil, həll yolu tapmağa çalışırıq. Əvvəllər gün ərzində 5000-dən 9000-ə qədər qonaq qəbul edirdik. Bu ilin mayında biz gündəlik 500-ə yaxın qonaq gözləyirik", - bu barədə Antalya Bələdçi Dərnəyindən məlumat bildirilib.
"Eyni zamanda, Türkiyə kurortları Almaniyadan gələn turistlərin rus və ukraynalıların çatışmazlığını kompensasiya edəcəyinə ümid edirlər. Bu yay almanların əvvəlkindən 40% daha çox olacağı gözlənilir. Bundan əlavə, Böyük Britaniyadan gələn turistlərin sayı 50%, Polşadan isə 60% arta bilər.
Həmçinin Türkiyəyə əksəriyyəti qadın və uşaqlar olmaqla, 100 minə qədər ukraynalının gəlməsi gözlənilir və İrandan da turistlərin olması mümkündür", - alman nəşri qeyd edib.