Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Avroviziya-2022” mahnı müsabiqəsinin ikinci yarımfinalı - VİDEO

“Avroviziya-2022” mahnı müsabiqəsinin ikinci yarımfinalı -  VİDEO

Tarix: 13 May 2022 08:05

İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.

İkinci yarımfinalda 18 ölkənin təmsilçisi (Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç) çıxış edir.

Müsabiqənin ikinci yarımfinalında təmsilçimiz Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə yarışır.

Xatırladaq ki, mayın 10-da keçirilən birinci yarımfinalda səsvermədə daha çox səs toplamış 10 ölkə - İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.

Qeyd edək ki, final mərhələsi mayın 14-də baş tutacaq.

Milli.Az


Etiketlər:  Avroviziya 2022 mahnı müsabiqəsinin ikinci yarımfinalı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ