Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ordusu Severski Donets çayını keçərkən ciddi itkilər verib - Britaniya MN

Rusiya ordusu Severski Donets çayını keçərkən ciddi itkilər verib - Britaniya MN

Tarix: 13 May 2022 11:00

Rusiya Slavyansk və Kramatorsk istiqamətində irəliləyiş əldə etmək üçün İzyum və Severodonetsk yaxınlığında ciddi səylər göstərir.

Milli.Az APA-ya istinadən bildirir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiyanın bu cinahda əsas məqsədi Ukrayna qüvvələrini mühasirəyə alaraq ölkənin qərbindəki bölmələrin dəstək və ya möhkəmləndirməsindən məhrum etməkdir.

Həmçinin, qeyd olunub ki, Ukrayna qüvvələri Rusiyanın Donbasda çayı keçmək cəhdinin qarşısını uğurla alıb.

"Şəkillər göstərir ki, Severodonetskin qərbindəki Severski Donets çayını keçərkən Rusiya ən azı bir taktiki qrup batalyonunun önəmli sayda zirehli manevr elementlərini, eləcə də yerləşdirilmiş ponton körpü avadanlıqlarını itirib. Bu cür şəraitdə çay keçmə əməliyyatının həyata keçirilməsi olduqca riskli manevrdir və bu rusiyalı komandirlərin Ukraynanın şərqindəki əməliyyatlarında irəliləyiş əldə etmək üçün necə təzyiq altında olduğundan xəbər verir", - deyə kəşfiyyatın məlumatında bildirilib.

Milli.Az


Etiketlər:  Rusiya ordusu Severski Donets çayını keçərkən ciddi itkilər verib Britaniya MN


RƏYLƏR