Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“AliExpress” rusiyalı işçilərini ixtisar etməyə başladı

“AliExpress” rusiyalı işçilərini ixtisar etməyə başladı

Tarix: 13 May 2022 19:02

"AliExpress Russia" şirkəti işçilərini ixtisar etməyə başlayıb. Bu barədə bazardakı vəziyyətlə tanış olan iki şəxs, eləcə də şirkətin keçmiş əməkdaşı məlumat veriblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumatlı şəxslərdən biri bildirib ki, ixtisarlar bir ay əvvəl başlayıb və işçilərin 40 faizinə qədərini əhatə edib. Onun sözlərinə görə, Ukrayna böhranının başlamasından və Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqindən sonra "aktual olmayan" ərazilərin işçiləri ixtisarlara məruz qalıblar. Xüsusilə söhbət şirkətin öz alışlarından gedir.

"Aliexpress Russia"dan vəziyyətlə bağlı açıqlama verilməyib.


Etiketlər:  AliExpress rusiyalı işçilərini ixtisar etməyə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ