Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Emanet"in bu seriyasında Sıla olmayacaq - Acıq etdi, dublyordan istifadə etdilər

Tarix: 14 May 2022 05:44

"Emanet" serialının çəkilişlərində problem yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, əsas rollardan birini ifa edən Sıla Türkoğlu mövsüm finalının çəkilişlərinə qatılmayıb.

Belə ki, 3-cü mövsümdə olmaq istəməyən aktrisa bunu prodüser şirkətə bildirib. Lakin ssenariyə əsasən bunun mümkün olmadığı ilə bağlı kanaldan cavab alan Sıla həll yolunu çəkilişlərə qatılmamaqla alıb.

Bu səbəbdən sonuncu bölümdə dublyordan istifadə olunub. Sılanın hansı səbəbdən bu addımı atdığı hələlik bəlli deyil.

Qeyd edək ki, aktrisa ekran işində tərəf müqabili Halil İbrahim Ceyhanla eşq yaşayır. Onlar tez-tez münasibətlərində problem yaşamaqları ilə gündəmə gəlirlər.

Milli.Az


Etiketlər:  Emanetin bu seriyasında Sıla olmayacaq Acıq etdi dublyordan istifadə etdilər


RƏYLƏR