Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“ACIBADEM” Xəstəxanalar Qrupu ilə “PAŞA Bank” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

“ACIBADEM” Xəstəxanalar Qrupu ilə “PAŞA Bank” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Tarix: 17 May 2022 10:04

"ACIBADEM" Xəstəxanalar Qrupu ilə "PAŞA Bank" arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sonxeber.net xəbər verir ki, Bakıda baş tutan tədbirdə hər iki tərəfdən olan nümayəndələr - "ACIBADEM" Xəstəxanalar Qrupunun Beynəlxalq Layihələrin İnkişafı və Əməliyyatlar Direktoru Murat Pekmezoğlu, "PAŞA Bank"ın Fərdi Bankçılıq Departamenti, Qeyri-Kredit Məhsulları şöbəsinin rəhbəri Nailə Ələkbərova, həmçinin bu şöbənin məhsul sahibi Vasif Naibov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "ACIBADEM" Xəstaxanalar Qrupunun Beynəlxalq Layihələrin İnkişafı və Əməliyyatlar Direktoru Murat Pekmezoğlu əvvəlcə iştirakçıları təmsil etdiyi qurum barədə məlumatlandırıb. O, qeyd edib ki, hazırda 25 ölkədə 46 əlaqələndirmə ofisi və 5 ölkədə 22 xəstəxana var. 1991-ci ildə açılan xəstəxana adını İstanbulda yerləşən Acıbadem məhəlləsindən götürüb. Xəstəxanaların sadəcə 16-sı Türkiyədə fəaliyyət göstərir. Xəstəxanalarımızda xərçəng və digər xəstəliklərin müalicəsi aparılır. Peşəkar kadrların yetişdirilməsi üçün "ACIBADEM" Universiteti də fəaliyyət göstərir". 

Murad Pekmezoğlu vurğulayıb ki, hər il 50 minə yaxın xarici ölkə vətəndaşı "ACIBADEM" xəstəxanalarına müraciət edir: "2021-ci ildə ümumilikdə 5.5 milyon insan xəstəxanamızı ziyarət edib, 145 mindən çox əməliyyat həyata keçirilib. 

Daha sonra o, "ACIBADEM" Xəstəxanalar Qrupunun "PAŞA Bank"la birgə təqdim etdiyi kart layihəsi barədə məlumat verib. Pekmezoğlu qeyd edib ki, "Health Point Corporate Loyalty Card" (HP) kart sahibləri "ACIBADEM" Xəstəxanalarında bir çox tibbi xidmətlərdən güzəştli şərtlərlə istifadə edə biləcəklər:  Belə ki, "HP" kart sahibləri orqan transplantasiyası, onkoloji xəstəliklər, süni mayalanma və bir çox digər xəstəliklərə müvafiq olaraq  ən azı 10 faizdən 20 faizə qədər endirimlər əldə edəcəklər. Təklif olunan endirimlərdən kart sahibləri ilə yanaşı və onun birinci dərəcəli qohumları- ana, ata, həyat yoldaşı və övladları yararlana biləcək". 

Qeyd olunan kart, "PAŞA Bank" tərəfindən müştərilərə yeni sifariş olunan Miles&Smiles "Black" və "Elite" kartlarının üzərində ödənişsiz olaraq təqdim ediləcək.

Xəstəxana təmsilçisi vurğulayıb ki, kart sahiblərinin, həmçinin Türkiyənin hava limanlarından yerləşən Health Point-lərdən (Sağlamlıq nöqtələri -red.) "ACIBADEM" Xəstəxanalarına ödənişsiz şəkildə transferi də həyata keçiriləcək.


Etiketlər:  ACIBADEM Xəstəxanalar Qrupu ilə PAŞA Bank arasında əməkdaşlıq müqaviləsi imzalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ