Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 11:04
Çərşənbə axşamı səhər Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda keçirilən etiraz aksiyalarında 155 nəfəri saxlayıb.
Sonxeber.net xəbər verir ki, bu haqda RİA Novosti-yə idarənin mətbuat xidmətindən bildirilib.
"Hazırda 155 nəfər polis bölmələrinə təhvil verilib", - mənbə bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentinin "Ermənistan" müxalifət fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan demişdi ki, genişmiqyaslı itaətsizlik aksiyaları səhər saat 07:00-da başlayacaq, yollar bağlanacaq, nəqliyyatın hərəkəti dayandırılacaq, "paytaxt iflic olacaq". Onun sözlərinə görə, çərşənbə axşamı saat 18:00-da Fransa meydanında növbəti mitinq keçiriləcək.
Aslan Məmmədov