Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kəlbəcərdə mövqelərimiz intensiv atəşə tutulub

Kəlbəcərdə mövqelərimiz intensiv atəşə tutulub

Tarix: 18 May 2022 09:18

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub.

Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Milli.Az


Etiketlər:  Kəlbəcərdə mövqelərimiz intensiv atəşə tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ