Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2022 08:48
Mirzoyan Ermənistan-Azərbaycan komissiyasının iclasının yaxın vaxtlarda olacağına ümid edirArarat Mirzoyan
"Ümid edirəm ki, Ermənistan-Azərbaycan delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyası üzvlərinin iclası yaxın günlərdə və ya həftələrdə baş tutacaq".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında deyib.
"Düz deyirsiniz, görüş baş tutmadı, amma sizi əmin edə bilərəm ki, görüşün təşkili ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. Tərəflərin razılaşmalı olduğu bəzi texniki detallar var", - Ararat Mirzoyan komissiyanın mayın 16-17-nə təyin edilmiş iclasının niyə baş tutmaması ilə bağlı sualı cavablandırarkən deyib.