Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qida borusunun yırtığı zamanı qarındaxili təzyiqin qalxması

Qida borusunun yırtığı zamanı qarındaxili təzyiqin qalxması

Tarix: 19 May 2022 08:48

Qarındaxili təzyiqin qalxması qida borusu dəliyinin yırtığının əmələ gəlməsində böyük rol oynayır.Bəzi hallarda buna xəstəliyin əmələ gəlmə səbəbi kimi də baxırlar. Yüksək qarındaxili təzyiq və diafraqmanın qida borusu dəliyinin birləşmə aparatının və toxumalarının zəifliyinin artması qida borusunun qarın hissəsinin yırtıq qapısından döş boşluğuna keçməsinə səbəb olur.
Qarındaxili təzyiqin artması aşağıdakı zamanlarda meydana çıxır:
- kəskin ifadə olunmuş meteorizmdə
- hamiləlikdə
- arası kəsilməyən qusmada
- güclü və davamsız öskürəkdə
- assitdə
- qarın boşluğunda şişlər olduqda
- qarının öndivarının əzələlərinin uzunmüddətli gərginliyində
- artıq dərəcəli piylənmədə
Qarındaxili təzyiqin qalxmasında yuxarıda göstərilən səbəblər arasında ən böyük rolu davamlı öskürək oynayır.
Məlumdur ki,xroniki obstruktiv bronxitli xəstələrin 50%-də diafraqmanın qida borusunun yırtığı vardır.


Etiketlər:  Qida borusunun yırtığı zamanı qarındaxili təzyiqin qalxması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ