Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2022 12:24
Almaniya Kansleri Olaf Şolts Ukraynadakı müharibəni Avropa İttifaqının (Aİ) tarixində üzləşdiyi ən böyük böhran adlandırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Kansler Şolts Bundestaqda çıxışında bildirib.
Şolts Ukraynadakı müharibəni tarixdə dönüş nöqtəsi adlandırıb.
O, Aİ-yə üzv dövlətlərin əvvəllər olduğu kimi, indi də həmrəyliklə bu böhrana qarşı dayanacağını bildirib.
"Kənardan təzyiqlər nə qədər çox olursa, biz Avropa İttifaqı olaraq bir o qədər gücümüzü birləşdirib birlikdə hərəkət edirik. Hamımız bir hədəfi paylaşırıq: Rusiya bu müharibədə qalib gəlməməlidir, Ukrayna qalib gəlməlidir.
Qəddar hücuma məruz qalan ölkənin özünü müdafiə etmək üçün köməyə ehtiyacı var və bunu eskalasiya adlandırmaq olmaz", - Şolts vurğulayıb.