Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncə sakinindən narkotik götürülüb - VİDEO - FOTO

Gəncə sakinindən narkotik götürülüb  - VİDEO - FOTO

Tarix: 20 May 2022 20:22

Gəncə sakinindən narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Nicat Musayev saxlanılaraq şöbəyə gətirilib. Ona məxsus avtomobilə baxış keçirilən zaman yük yerindən 3 kq-dan artıq çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Gəncə sakinindən narkotik götürülüb VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ