Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2022 10:16
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 20-də 121,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,63 dollar/barel çoxdur.
Bu barədə Sonxeber.net-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 120,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,63 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 76,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,47 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 113,82 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,48 dollar/barel çoxdur.