Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha həcmli və uzun kirpiklərin sirri

Daha həcmli və uzun kirpiklərin sirri

Tarix: 21 May 2022 18:33

Bütün xanımlar daha həcmli və uzun kirpiklərə sahib olmaq istəyir. Lakin gündəlik makiyaj onların tökülməsinə səbəb ola bilər.

Sonxeber.net Axşam.az-a istinadən ev şəraitində kirpikləri uzatmağa yardım edəcək maskaları təqdim edir. 

Tərkibi:

Gənəgərçək yağı- 1 xörək qaşığı
Kokos yağı - 1 çay qaşığı
Vitamin E yağı - ½ çay qaşığı

Göz makiyajını tam təmizlədikdən sonra qarışımı kirpiklərinizə çəkin. Bu üsuldan bir ay ərzində istifadə edərək nəticəni əldə edə bilərsiniz. Bu qarışımı qaşlarınızda da tətbiq edə bilərsiniz.

Tərkibi:

Kokos yağı - 2 xörək qaşığı
Lavanda efir yağı - 1 və ya 2 damcı

Makiyajı tam sildikdən sonra tuş vasitəsilə qarışımı kirpiklərinizə çəkin. 4-5 həftə ərzində daha uzun kirpiklərə sahib ola biləcəksiniz.

Tərkibi:

Aloe vera geli - 3 çay qaşığı
Gənəgərçək yağı - 1 çay qaşığı
Vitamin E yağı - ½ çay qaşığı 

Bu qarışımdan 6 həftə ərzində istifadə kirpiklərinizi daha həcmli və uzun edəcəkdir.

Bir neçə həftə zeytun yağı və ya vazelindən istifadə də kirpiklərinizi daha həcmli edə bilər.


Etiketlər:  Daha həcmli uzun kirpiklərin sirri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ