Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həştərxanda din xadimi tibb bacısını maşınla vurub - VİDEO

Həştərxanda din xadimi tibb bacısını maşınla vurub - VİDEO

Tarix: 24 May 2022 14:52

Həştərxan psixiatriya xəstəxanasının tibb bacısını piyada keçidində krossover vurması nəticəsində ombası və burnu sınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Mazda"nın sükanı arxasında olan din xadimi yalnız cübbəsini çıxardıqdan sonra qadının köməyinə gəlib.

Hadisə mayın 22-də səhər saat 07:30 radələrində Naçalovski şossesində baş verib. Müşahidə kamerasına düşən görüntülərə görə, avtomobilin sürücüsü iki qadının olduğu keçidə qədər olan məsafədə hətta sürəti belə azaltmayıb. Qadınlardan biri yayına bilsə də, ikincisi təkərlərin altına düşüb və toqquşmadan sonra zərbə onu qarşıdan gələn zolağa atıb.

Qəzanın günahkarı hadisə yerindən təxminən 15 metr aralıda dayanıb və zərərçəkənə tərəf qaçıb, lakin yarıyolda geri dönərək paltarını dəyişib və yalnız bundan sonra yerə yıxılan qadına yaxınlaşıb.

Zərərçəkmiş xəstəxanaya aparılıb, lakin "Mazda"nın sürücüsü - Şəfaət Kafedral Kilsəsinin rektoru olduğu ehtimal edilən şəxs isə tibbi müayinədən keçməkdən imtina edib, belə ki, bu əməlinə görə onu cərimə və ilyarımlıq hüquqlarından məhrum edilməsi gözləyir.

Milli.Az


Etiketlər:  Həştərxanda din xadimi tibb bacısını maşınla vurub VİDEO


RƏYLƏR