Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2022 19:00
37 yaşlı erməni kinorejissor Sarik Andreasyan 68 yaşlı rus şairi və musiqiçisi Boris Qrebenşçikovun Rusiyaya qarşı dediklərinə görə onu "alçaq" adlandırıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Boris Qrebenşçikov Ukraynadakı xüsusi hərbi əməliyyatı tənqid edib, həmçinin, bu ölkəyə yardım edən xeyriyyə fonduna 12 milyon avro köçürdüb.
Bir çox rus incəsənət xadimləri, eləcə də mədəniyyət xadimləri musiqiçinin bu hərəkətinə qarşı çıxıblar.
Sarik Andreasyan isə daha çox "canfəşanlıq"edib. Erməni rejissor Qrebenşçikovun uzun müddət pul qazandığı dövlətə qarşı belə ifadələr işlətməsinin onda qəzəb doğurduğunu deyib:
"Ümid edirəm ki, Qrebenşçikov vətənə qayıdandan sonra ruslar onu qəbul etməyəcəklər. Əclafın Rusiyadan qidalanması, qazanması və bu dövlətə qarşı hərəkət etməsi təəccüblüdür! Ayıb olsun bunun kimi insanlara. Hətta bir gün dövlət bağışlasa belə, xalq bu alçaqları bağışlamayacaq!"
Qeyd edək ki, bu ilin martında Dövlət Duması xüsusi əməliyyatı dəstəkləməyən sənətçilərin, o cümlədən Boris Qrebenşçikovun dövlət mükafatlarından məhrum edilməsini təklif edib. Qrebenşçikov IV dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordeni ilə təltif edilib.