Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2022 17:22
Bazar günü, mayın 29-da xarici ölkə vətəndaşı Ermənistanın paytaxtı İrəvan şəhərində çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən tullanmaqla hədələyib.
Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, bu barədə informasiyanı "Shamshyan" nəşri yayıb.
Mənbə yazır ki, həmin şəxs öz ölkəsinin səfiri ilə görüş tələb edib və külli miqdarda pul səpələyib.
Səfirliyin nümayəndələri hadisə yerinə gəldikdən sonra onunla danışıqlara başlanılıb.
Polis bildirir ki, əcnəbi ümumilikdə 6 min dollar və bir qol saatını eyvandan atıb. Nəşr onun hansı ölkə vətəndaşı olduğunu açıqlamır.