Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sevilya”nın prezidenti də Bakıda - Video

“Sevilya”nın prezidenti də Bakıda  -  Video

Tarix: 18 Sentyabr 2019 10:12

Avropa Liqasının ilk turunda “Qarabağ”ın qonağı olacaq “Sevilya” gecə saatlarında Bakıya çatıb.

Qol.az xəbər verir ki, İspaniya klubu sosial şəbəkə hesabındakı paylaşımında “Gecəniz xeyir, Bakı!” yazılıb.

“Sevilya”dan 24 futbolçu ilə yanaşı, klub prezidenti Xose Kastro, vitse-prezident Qabriel Ramos, baş direktor Xose Mariya Krus, idman direktoru Ramon Rodriges Verdexo (Monçi), direktor müavini Xesus Arroyo və başqa şəxslər Bakıya gəlib.

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.



 


Etiketlər:  Sevilyanın prezidenti Bakıda Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ