Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 12:32
"Bu halın yaranması güman ki, həmin rayonlarda rəsmi çalışanların sayının az olması, yüksək əmək pensiyası almaq üçün sığorta fonduna ödənilən vəsaitlərin azlığı ilə əlaqədardır".
Sonxeber.net xəbər verir ki, bunu bizim.media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli rəsmi məlumatlarda orta aylıq pensiya səviyyəsinə görə, Azərbaycanda ən aşağı pensiya alan rayonlar arasında 283,71 manatla Lerik, 285,25 manatla Ağdaş və 287,98 manatla Xaçmaz rayonlarının "liderlik" etmələrinə münasibət bildirərkən deyib:
"Çox güman bu rayonlarda maaşlar aşağıdır. Ona görə orta aylıq əmək haqqı da aşağı səviyyədədir. Orta aylıq əmək haqqının aşağı olması həmin rayonlarda işsizliklə bağlı problemin ciddiliyini və rəsmi iş yerlərinin sayının az olduğunu göstərir.
Nəticə etibarı ilə bu da təqaüdlərin həcminə təsir göstərir. Bundan başqa, stajı olmayan və ya müxtəlif səbəblərdən əmək pensiyası ala bilməyib, yaşa görə pensiya alanların sayının çox olması da həmin 3 rayonda ümumi orta statistik göstəricilərə belə mənfi təsir göstərib".