Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının Xətai rayonu və daha 2 şəhərdə qazın verilişi dayandırılacaq

Bakının Xətai rayonu və daha 2 şəhərdə qazın verilişi dayandırılacaq

Tarix: 18 Sentyabr 2019 11:24

Bakı. Trend:

Ələt-Astara avtomobil yolunun kəsişmə nöqtələrində qaz xəttinin yeni çəkilmiş hissələrinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sentyabrın 18-də saat 09:00-dan 18:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə Trend "Azəriqaz" İstehsalata Birliyinə istinadən xəbər verir.

Bundan başqa, bir sıra təmir işləri ilə bağlı saat 10:00-dan Xırdalan şəhərində, kanalizasiya kollektorunun çökməsi ilə bağlı təhlükəsiz əraziyə köçürülmüş qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədi ilə, Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov, M.Davud küçələrində də qaz fasilələrlə veriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakının Xətai rayonu daha şəhərdə qazın verilişi dayandırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ