Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 09:54
Ötən gün Bakıda mənzildə meyiti tapılan qadının kim olduğu müəyyənləşib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, Nəsimi rayonunda mənzildə meyiti aşkarlanan 1953-cü il təvəllüdlü Kazımzadə Canetta Əliağa qızı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi olub.
Uzun illər akademiyada Fransız dili fənnini tədris edən müəllim, ötən il yaşla əlaqədar təqaüdə çıxıb. Məlumata görə, C.Kazımzadə tək yaşayırmış.