Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

21 yaşayış məntəqəsi atəşə tutulub: ölənlər və çoxlu yaralılar var

21 yaşayış məntəqəsi atəşə tutulub: ölənlər və çoxlu yaralılar var

Tarix: 1 Iyun 2022 11:54

Ötən sutka ərzində Rusiyanın Slavyansk, Severodonetsk və Rayqorodok şəhərlərini atəşə tutması nəticəsində 4 nəfər həlak olub.

Sonxeber.net bildirir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələr qrupu Facebook səhifəsində məlumat yayıb.

"Düşmənin hava, raket zərbələri və Slavyansk, Severodonetsk və Rayqorodka şəhərlərini artilleriyadan atəşə tutması nəticəsində 4 nəfər həlak olub, azı 10 nəfər yaralanıb. Ölənlər və yaralananlar barədə məlumatlar daim yenilənir", - məlumatda deyilir.

Belə ki, ötən sutka ərzində, mayın 31-də rus qoşunları Luqansk və Donetsk vilayətlərində 21 yaşayış məntəqəsini atəşə tutub. Severodonetsk, Borovskoye, Lisiçansk, Privolye, Novodrujesk, Beloqorovka, Zolotoye, Qorskoye, Kamışevaxa, Toşkovka, Vrubovka, Ustinovka, Sirotino, Avdeyevka, Slavyansk, Yarovaya, Oçeretino, Rayqorodok, Semenovka, Lastoçkinoye atəşə məruz qalıb.

Aslan Məmmədov


Etiketlər:  yaşayış məntəqəsi atəşə tutulub ölənlər çoxlu yaralılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ