Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda ənənəvi beynəlxalq ŞAHMAT FESTİVALI keçiriləcək

Bakıda ənənəvi beynəlxalq ŞAHMAT FESTİVALI keçiriləcək

Tarix: 2 Iyun 2022 16:34

Bakıda iyunun 25-dən iyulun 3-dək ənənəvi beynəlxalq şahmat festivalı - "Fuad Cəfərov memorialı" keçiriləcək.

Milli.Az xəbər verir ki, "Fuad Cəfərov memorialı" festivalında şahmatçılar A (master), B (open), C (uşaq turniri U-12), D (rapid) və E (blitz) turnirlərində mübarizə aparacaqlar. Festivalın ümumi mükafat fondu 3 min 400 manat təşkil edəcək. 

Beynəlxalq usta, Fide senior trener, beynəlxalq hakim və Azərbaycanın əməkdar məşqçisi İlqar Bacarani Milli.Az-a bildirir ki, Respublika Şahmat Mərkəzində keçiriləcək turnirlərdə İran, Fransa, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və Rusiya şahmatçıları da iştirak edəcəkər.

7 tur isveçrə sistemı üzrə olan yarışın nəticələrinə görə qaliblər həm pul mükafatı, həm də diplom və hədiyyələr qazanacaqlar.

Digər şahmatçılar isə FİDE sistemi üzrə beynəlxalq ELO əmsalına yiyələnə biləcəklər.

Zaur Həsənəliyev
Milli.Az


Etiketlər:  Bakıda ənənəvi beynəlxalq ŞAHMAT FESTİVALI keçiriləcək


RƏYLƏR