Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İctimai nəqliyyat iflic olub - BNA indi təklif verir

İctimai nəqliyyat iflic olub - BNA indi təklif verir

Tarix: 2 Iyun 2022 20:16

Formula-1 yarışları ilə bağlı bəzi küçələrin bağlanması səbəbindən aidiyyəti qurumlar ictimai nəqliyyatdan istifadəni tövsiyə edirlər. Ancaq son iki gündə ictimai nəqliyyatda daha ciddi problemlər özünü göstərir: marşrutlar bəzi hallarda 40-50 dəqiqə gecikir, bu müddətdən sonra isə bir neçə eyni nömrəli marşrut ardıcıl gəlir və yenidən böyük bir fasilə yaranır.

Sonxeber.net xəbər verir ki, vaxtaşırı olaraq intervalın pozulması və ictimai nəqliyyatın qeyri-stabil fəaliyyətinin insanlara yaşatdığı gərginliklə bağlı axar.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib ki, avtobusların gecikməsi bir çox küçə və prospektdə avtobus zolaqlarının olmaması ilə bağlıdır.

"Avtobus zolağı olsa, interval qorunar və ictimai nəqliyyatın işində problem yaranmaz", - qurum rəsmisi deyib.

M.Ağayev ayrıca avtobus zolağı olmadığı müddətdə bu çətinliyin davam edəcəyini qeyd edib:

"Biz başqa küçələrə də zolağın çəkilməsi təklifini vermişik, lakin hələ də reallaşmayıb. Məsələn, Bayraq meydanından Azneft istiqamətinə gedən marşrut avtobusları maneə olmadan hərəkət etsə, bu, həm də digər prospektlərin nəqliyyat yükünü azaldar. Həmçinin insanlar görsə ki, ictimai nəqliyyatla getmək daha rahatdır, artıq onlar nə şəxsi avtomobil, nə də taksi xidmətindən istifadə edəcəklər, bu isə yolların yükünün azalmasına səbəb olacaq".


Etiketlər:  İctimai nəqliyyat iflic olub indi təklif verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ