Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda konsertə getdiyinə görə tənqid olunan Elmira Axundovadan - Açıqlama

Bakıda konsertə getdiyinə görə tənqid olunan Elmira Axundovadan -  Açıqlama

Tarix: 2 Iyun 2022 22:06

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın Xalq artisti Brilliant Dadaşovanın ötən gün baş tutan konsertində iştirak etməsi sosial şəbəkələrdə və yerli mediada ciddi müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri xanım səfiri Ukraynaya qayıtmadığına görə tənqid ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, xanım səfir qeyd edib ki, sosial şəbəkədə yazılanları oxumur: "Çünki sosial şəbəkələrdə adətən ədalətsiz və qərəzli məlumatlar paylaşılır. Özü də şəbəkələr çox ağır söyüşlərlə doludur. Bu qəbuledilməzdir ".

Elmira Axundova qeyd edib ki, artıq 3 aya yaxındır ki, o və bir neçə əməkdaşı Bakıdadır: "Əməkdaşlarımız rotasiya qaydasında Ukraynadakı səfirliyimizdə işləyir. Mən bütün məsələləri rəhbərliklə əlaqələndirirəm. Bir neçə dəfə rəhbərliyə müraciət etmişəm ki, mən - yəni səfir başda olmaqla bütün heyət Ukraynaya qayıtmağa, orda işləməyə hazırıq. Mən özüm bu gün də, sabah da Ukraynaya getməyə hazıram. Lakin rəhbərliyin münasibəti başqadır. Ukraynada müharibə davam etdiyindən, təhlükəsizliklə bağlı suallar olduğundan rəhbərlik hələ ki, səfirliyin qadın əməkdaşlarını bu ölkəyə göndərmir. Ukraynada səfirlikdə üç nəfər qadın əməkdaş var. Mən, mənim köməkçim və üçüncü katib. Bizə deyirlər ki, siz hələ Azərbaycanda qalın. Kişi əməkdaşlarımız isə öz ailələri, arvad-uşaqlarını Bakıda qoymaq şərti ilə rotasiya qaydasında Kiyevdə işləyirlər".

O vurğulayıb ki, Bakıda olan əməkdaşlar iş başındadır, onlar rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirirlər. "Mən iki dəfə səfirlik adından Ukraynaya humanitar yardım göndərmişəm - Dnepr və Xarkov şəhərlərinə. Görün sosial şəbəkələrdə qışqıran, Ukraynanı çox istəyənlər bu ölkəyə bir kq humanitar yardım, bir dollar göndərib? Mən Ukraynada yaşayan soydaşlarıma kömək edirəm və etməyə davam edəcəyəm. Ukraynaya 30 ton humanitar yardım göndərmişik. İrpen şəhərindəki Zərifə Əliyeva adına məktəbin təmiri ilə məşğuluq, bir çox başqa vacib işlərlə - analitik yazılar, press-relizlər, vətəndaşlara kömək. Ona görə də mənim konsertə gedib-getməməyin heç bir mənası yoxdur. Getmişəm, yaxşı etmişəm".

Qeyd edək ki, Elmira Axundovanın şəkilləri bizim.media.az saytında yayımlanıb.

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı Səfirliyi aprelin 29-da Kiyev şəhərində fəaliyyətini bərpa edib.

Milli.Az


Etiketlər:  Bakıda konsertə getdiyinə görə tənqid olunan Elmira Axundovadan Açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ