Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xarkov vilayəti atəşə tutulub: bir nəfər ölüb, çoxlu sayda yaralı var

Xarkov vilayəti atəşə tutulub: bir nəfər ölüb, çoxlu sayda yaralı var

Tarix: 3 Iyun 2022 12:54

Xarkov vilayətində Rusiyanın atəşə tutması nəticəsində bir gündə bir nəfər ölüb, altı nəfər yaralanıb.

Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının bu gün, iyunun 3-ü saat 8:00-a olan məlumata görə, jurnalistlərə verilən xülasədə deyilir.

Belə ki, gecə saatlarında ruslar Xarkovu növbəti dəfə atəşə tutublar, nəticədə şəhərin inzibati binalarından birində yanğın başlayıb, ilkin məlumatlara görə, tələfat olmayıb.

Həmçinin gecə saatlarında ruslar Xarkov vilayətinin Tsirkunı kəndini atəşə tutub, evlər və yardımçı tikililər yanıb.

"Ümumilikdə gün ərzində rayonda 6 nəfər xəsarət alıb, 1 nəfər ölüb", - məlumatda deyilir.

Aslan Məmmədov


Etiketlər:  Xarkov vilayəti atəşə tutulub nəfər ölüb çoxlu sayda yaralı


RƏYLƏR