Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 14:21
Bakı. Rövşən Bədəlov - Trend:
Azərbaycanda Avropa İttifaqı (Aİ) və BMT İnkişaf Proqramı tərəfindən maliyyələşən gender bərabərliyi sahəsində iki illik layihə davam edir.
Trend-in məlumatına görə, layihənin dəyəri 1,111 milyon avrodur.
Layihənin məqsədi dayanıqlı inkişaf sahəsində məqsədlərə nail olmaq üçün milli gündəliyin reallaşdırılmasında vətəndaş cəmiyyəti təşkilatlarının fəal iştirakına kömək etmək, eləcə də gender bərabərliyinin möhkəmləndirilməsi və qadınların hüquq və imkanlarının genişləndirilməsidir.
Sözügedən layihənin ofisi Bakıda fəaliyyət göstərir, layihə isə regionlarda - Lənkəran, İsmayıllı, Şəki, Zaqatala, Balakən, Naxçıvan, Quba, Xaçmaz, Mingəçevir, Şirvan, Bərdə, Yevlax və digər bölgələrdə reallaşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin