Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İş adamı Yaşar Cabbarovun övladları saxta nömrəli avtomobil sürür, polis formasında gəzir

İş adamı Yaşar Cabbarovun övladları saxta nömrəli avtomobil sürür, polis formasında gəzir

Tarix: 4 Iyun 2022 19:16

MTN-işində adı hallanan iş adamı Yaşar Cabbarovun övladları dəbdəbəli həyat tərzləri ilə yenidən gündəmə gəliblər.

Sonxeber.net sitat.info-ya istinadən xəbər verir ki, Cabbarov qardaşları "tik-tok" sosial şəbəkəsində bahalı avtomobillərinin fotolarını paylaşıblar. Fotolardan lüks avtomobillərin dövlət nömrə nişanın saxta olduğu aydın olur. Yəni, iş adamının övladları paytaxt Bakıda saxta nömrə ilə maşın sürürlər.

Bundan əlavə, Cabbarovun oğlanlarından biri polis akademiyasının müdavimidir. İndidən polis forması ilə fotolar çəkdirir, xoşagəlməz hərəkətlər edir. Saxta nömrə ilə maşın sürür. Onun sürdüyü avtomobillərin nömrəsinə diqqət etsəniz, aydın görəcəksiniz.

Xatırladaq ki, daha əvvəl də iş adamının övladları itlərinə "antrikot" yedizdirib, ayaqqabılarını qiyməti 15-20 min manata olan "Vertu" markalı telefonla sildiklərini videoya çəkərək, sosial şəbəkə hesablarında paylaşmışdılar.


Etiketlər:  İş adamı Yaşar Cabbarovun övladları saxta nömrəli avtomobil sürür polis formasında gəzir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ