Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

Tarix: 18 Sentyabr 2019 15:44

Hollandiya millisinin sabiq futbolçusu Fernando Riksen 43 yaşında vəfat edib.

Qol.az xəbər verir ki, o, uzun müddət sağalmaz xəstəlikdən əziyyət çəkib. Keçmiş yarımmüdafiəçi 2013-cü ildən amiotrafik zkleroz (mərkəzi sinir sisteminin iflici) xəstəsi olub.

Qeyd edək ki, Riksen Hollandiyanın "Fartuna", "AZ Alkmaar", Şotlandiyanın "Reyncers" və Rusiyanın "Zenit" klublarında çıxış edib. 2006-2009-cu illərdə "Zenit"də oynayan Fernando Rusiya çempionu və Rusiya superkubokunu,  eləcə də UEFA kuboku və UEFA superkubokunu qazanıb.

 

 

 

 

 


Etiketlər:  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi


RƏYLƏR