Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2022 21:05
"Qardaşımın vəziyyəti dəyişkəndir. Bir gün yaxşı olur, bir gün pis".
Sonxeber.net xəbər verir ki, bu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində müğənni Nərmin Kərimbəyli deyib.
Bir neçə gün əvvəl Türkiyədə qardaşı Kamrana qaraciyərinin bir hissəsini verən və ona donor olan sənətçi səhhətindən söz açıb.
"Hələ bir ay burada olacağıq. Həm qardaşım, həm də mən həkim nazərətindəyik. Həkimlər əllərindən gələn köməkliyi əsirgəmirlər. Hələ ki hər şey normaldır. Qardaşım əməliyyatdan əvvəl özünü normal hiss edirdi. Cərrahi əməliyyatdan sonra qardaşım davamlı olaraq həkim nəzarətində olacaq. Çünki əməliyyatdan sonra fəsadlar ola bilər.
Qardaşıma transplantasiya olunan qaraciyərim onun orqanizmi tərəfindən qəbul olunmaya da bilər. Belə hallar çox olur. Bu səbəbdən qardaşım xəstəxanadan çıxandan sonra ona mütləq həkim nəzarəti lazımdır. O bir müddət sonra yenidən Türkiyəyə gələcək. Ümumiyyətlə, uzun zaman hələ buradakı xəstəxanaya gəlib-gedəcək. Bərpa prosesi isə bir ildən çox olacaq. Mənim də bərpa prosesim 10 gündən artıq çəkəcək".
Qeyd edək ki, Nərmin Kərimbəyova daha əvvəl redaksiyamıza açıqlamasında 42 yaşlı qardaşı Kamranın hepatit B virusuna yoluxduğunu açıqlamışdı.