Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cennifer səhnədə göz yaşı tökdü - VİDEO - FOTO

Cennifer səhnədə göz yaşı tökdü - VİDEO - FOTO

Tarix: 7 Iyun 2022 15:00

Ötən axşam Kaliforniyada "MTV Film və TV" mükafatları mərasimi keçirilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mükafata layiq görülənlər arasında dünyaca məşhur müğənni Cennifer Lopez də olub.

Sənətçi "On My Way" mahnısına görə "MTV Movie and TV Award Generation Award"da mükafat alıb.

Lopez mükafatını alarkən səhnədə nitq söyləyən zaman göz yaşlarına boğulub. 

52 yaşlı ifaçı göz yaşları içində təşəkkür edib: 

"Birlikdə işləməkdən zövq aldığım bütün gözəl insanlara təşəkkür etmək istəyirəm. Mənə həyat, sevinc bəxş edənlərə, həm də ürəyimi qıranlara təşəkkür edirəm. Mənə həqiqəti deyənlərə və yalan danışanlara təşəkkür edirəm.

Məni daha güclü etdiyinə görə məyusluqlara, yıxılmalara və mənə sevməyi öyrətdiyinə görə övladlarıma təşəkkür edirəm. Hər kəsə, eləcə də Benə (Hollivud aktyoru Ben Afflek - red.) və məni evdə naharda gözləyənlərə təşəkkür edirəm. Mən saat yeddidə orada olacağam".

Mükafatlandıra mərasimindən görüntüləri təqdim edirik:


Etiketlər:  Cennifer səhnədə göz yaşı tökdü VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ