Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər səhər bir qaşıq yağ içmək faydalıdırmı?

Hər səhər bir qaşıq yağ içmək faydalıdırmı?

Tarix: 7 Iyun 2022 22:36

Çox insan hər səhər acqarına zeytun, kətan, qara zirə yağı içməklə başlayır. Bu prosedurun öd ifrazını artırdığını, öd yollarının təmizlədiyini, mədə-bağırsağı təmizlədiyini bildirirlər.

Həqiqətənmi səhərlər bir qaşıq yağ orqanizmə faydalıdır?
Milli.Az bakupost-a istinadən xəbər verir ki, qastroenteroloq, hepatoloq Sergey Vyalov bu metodun çox adamlara zərərli olduğunu deyir.

"İnsanlar bilmir ki, onun öd kisəsində daş var yox yox, öd şirəsi çoxdur, ya azdır, öd axarları tutulub, ya açıqdır? Mədə-bağırsağın vəziyyəti necədir? Bu halda yağ içmək vəziyyəti daha da pisləşdirə bilər. Yağ öd kisəsinin tonusunu artıra bilər, öd daşları tərpənib, öd yollarına düşə bilər, xolesistit ağrıları başlayır, nəticədə xəstə əməliyyat masasına düşə bilər.

İstənilən yağla, otla təcrübə etməzdən əvvəl öd, qaraciyər yoxlanmalı, UZİ olunmalı, mədə-bağırsaq yoxlanmalıdır. Həkim yağların ziyan olmayacağını dedikdən sonra içmək olar.

Elə insan var ki, onun öd şirəsi əksinə çoxdur və çox sürətli axır. Bu zaman yağ axını daha da çoxaldır.
Qatı və durğun öd isə daş əmələ gətirir".

Milli.Az


Etiketlər:  Hər səhər qaşıq yağ içmək faydalıdırmı


RƏYLƏR