Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda ildırım 17 nəfəri öldürdü

Hindistanda ildırım 17 nəfəri öldürdü

Tarix: 18 Sentyabr 2019 20:16

Bakı. Trend:

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 17 nəfər həlak olub.

Trend-in məlumatına görə, ölüm halları bir sutka ərzində ştatın müxtəlif ərazilərində qeydə alınıb.

Bihar ştatında leysan yağışlar davam edir. Yağıntılar nəticəsində Qanq çayının səviyyəsi normadan xeyli yüksəlib.

Sahil zonalarda yaşayan sakinlərə xəbərdarlıq edilib. Bəzi yerlərdə daşqınlar da qeydə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Hindistanda ildırım nəfəri öldürdü


RƏYLƏR