Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıt şəhərində “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Sumqayıt şəhərində “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Tarix: 8 Iyun 2022 12:36

Növbəti "KOB Fest" sərgi-satış yarmarkası iyunun 11-də Sumqayıt şəhərində təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Sumqayıt şəhərinin sakinlərini və qonaqlarını "KOB Fest"ə dəvət edir.

Yarmarkada KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. "KOB Fest" çərçivəsindəhəmçinin, təhsil, informasiya texnologiyaları, maliyyə və s. xidmət sahələrində fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq.

Festivalda sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçiriləcək və mədəni-əyləncəli proqram təşkil ediləcək.

Aprel ayından start götürən "KOB Fest" sərgi-satış yarmarkasının  təşkilində məqsəd müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsullarıtanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir. 
Sumqayıt şəhərində Nəsimi Parkında təşkil olunacaq "KOB Fest" sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaqdır.

Milli.Az


Etiketlər:  Sumqayıt şəhərində KOB Fest sərgi satış yarmarkası keçiriləcək


RƏYLƏR